mobil versiya

“Qarabağ” ilk matçda böyük hesabla uduzub



"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun yetirmələri pley-off mərhələsində ilk matçına çıxıb.
Təmsilçimiz Zaqrebdə Xorvatiya "Dinamo"sunun qonağı olub. "Maksimir" stadionunda keçirilən matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 28-də keçiriləcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
20 avqust
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" - 3:0
Qollar: 
Marko Pyatsa, 29. Sandro Kulenoviç, 75; 80



Baş hakim: Qlenn Niberq (İsveç)
"Dinamo": İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin
Baş məşqçi: Sergey Yakiroviç
"Qarabağ": Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
Zaqreb. "Maksimir" stadionu

KARUSEL / İDMAN
Tarix: 21-08-2024, 02:50