mobil versiya

Narkokuryerlikdə şübhəli bilinən qadın tutulub



Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 23-08-2024, 10:05