mobil versiya

Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü keçirilib



Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulandı, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.


KARUSEL / SİYASƏT
Tarix: 23-08-2024, 10:37