mobil versiya

İmişli rayon sakininin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb


İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Mehti Mehtiyev saxlanılıb.
DİN mətbuat xidməti məlumat verir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 27-08-2024, 10:54