mobil versiya

Lavrov: Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb



Moskva və Paris arasında münasibətlər, o cümlədən Fransanın söz azadlığı məsələsindəki mövqeyinə görə ən aşağı həddə çatıb.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Teleqramın qurucusu Pavel Durovun Fransada saxlanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Fransada Durova çıxışı ilə bağlı notası nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, Telegram platforması rahat və “həqiqətən qorunur” və Durovun saxlanması bunu sübut edir.
Lavrov əlavə edib ki, Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə kiminsə məsləhəti ilə saxlayıb. (apa)

KARUSEL / DÜNYA
Tarix: 27-08-2024, 16:15