mobil versiya

Mikroavtobusla minik maşını toqquşub, ölən var



Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, səhər saatlarında Hacıhüseynli kəndində “Ford” markalı mikroavtobusla “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 29-08-2024, 09:13