mobil versiya

Çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkarlanıb




Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidməti bu barədə xəbər yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 29-08-2024, 10:28