mobil versiya

Rövşən Tağıyev - 18 saylı dairənin şanslı namizədi



1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə seçkilərin təbliğat mərhələsinə start veriləndən təbliğat tam gücü ilə davam edir.
 
 
Repartyor.az xəbər verir ki,  18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsidir. Bu dairənin əsas favoriti  xeyriyyəçi iş adamı, ictimai xadim Rövşən Tağıyevdir.

Rövşən Asəf oğlu Tağıyev 1981-ci ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. 1997-ci ildə Şərur rayon Yengicə kənd məktəbini bitirib. İlk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alan Rövşən Tağıyev daha sonra təhsilini Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirərək başa vurub.

2000-ci illərdə Naxçıvan Daxili işlər orqanlarında işə başlayan Rövşən Tağıyev burada 2009-cu ilədək xidməti edib. Daha sonra isə 2015-2017-ci illərdə Bakı şəhərində Daxili İşlər Nazirliyində fəaliyyətini davam etdirib.

Rövşən Tağıyev 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi "Kral Group”u təsis edib.

Vətənpərvər mövqeyi ilə seçilən Rövşən Tağıyev uğurlu biznes fəaliyyəti ilə yanaşı, aktiv ictimai və xeyriyyə fəaliyyəti ilə də məşğuldur.

15 ildir deputat mandatı daşıyan Rasim Musabəyovun rəqibi Rövşən Tağıyev haqqında geniş məlumatla bu videomaterialda tanış olmaq mümkündür.
 


KARUSEL / CƏMİYYƏT
Tarix: 29-08-2024, 15:41