mobil versiya

Avropa Liqası: Bu gün püşk atılacaq



Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
2024-cü il
I tur: 25-26 sentyabr
II tur: 3 oktyabr
III tur: 24 oktyabr
IV tur: 7 noyabr
V tur: 28 noyabr
VI tur: 12 dekabr
2025-ci il
VII tur: 23 yanvar
VIII tur: 30 yanvar

KARUSEL / İDMAN
Tarix: 30-08-2024, 08:37