mobil versiya

APL II tur bu gün başlayır



Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma baş tutacaq.
Son ölkə çempionu "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
İlk turda "Qarabağ" "Araz Naxçıvan"ı 4:1 hesabı ilə üstələyib. "Kəpəz" isə səfərdə "Sumqayıt"a yenilib - 0:2.
Azərbaycan Premyer Liqası
II tur
20:00. "Qarabağ" - "Kəpəz"
"Azərsun Arena".
II turun qalan matçları 10-11 avqustda keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 9-08-2024, 09:39