Həmyerlilərini oğurlayaraq 20 min dollar tələb edən Pakistan vətəndaşlarına hökm oxunub
Bakıda adam oğurluğunda təqsirləndirilən Pakistan vətəndaşlarının məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə adam oğurluğu, quldurluq və hədə qorxu ilə tələb etmədə təqsirli bilinən Pakistan vətəndaşları Mukhtar Mohsin, Abbas Muhammad və Muzammil Muhammad 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Prokuror onların 13 il azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb etməkdə ittiham olunublar.
İş üzrə 3 nəfər Pakistan vətəndaşı Khushnam Ali Muhammad Riaz Awan, Muhammad Riaz Awan Khuda Bukash Awan,
Shahzad Ali Khuda Bukhs Awan zərərşəkən kimi tanınıb.
Faktla bağlı polisə müracət edən Pakistan vətəndaşları Azərbaycana turist qismində gəldiklərini, burada öz həmyerliləri olan 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammadin onları hava limanında qarşılayıb, kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döydüklərini, hədə-qorxu gələrək üzərlərində olan 1500 dollar və 400 avronu ələ keçirdiklərini billdiriblər.
Daha sonra isə azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min dollar tələb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə və s. maddələri üzrə cinayət işi başlanıb.(apa)
KARUSEL / HADİSƏ
Tarix: 30-08-2024, 14:58