mobil versiya

Pakistanda meymunçiçəyinə yoluxanların sayı artır



Pakistanın Hayber-Paxtunxva əyalətində növbəti meymunçiçəyi xəstəsi qeydə alınıb. Bununla da ölkə ərazisində meymunçiçəyi xəstələrinin sayı 4 nəfərə çatıb.
Hayber-Paxtunxva əyalətinin İctimai Səhiyyə üzrə direktoru İrşad Əli Roqani xəstənin Peşəvar Hava Limanında simptomlarını büruzə verdikdən sonra dərhal yerli xəstəxanalardan birinə yerləşdirildiyini deyib.
Meymunçiçəyi virusu daşıyıcılarından digər iki nəfər də Peşəvar Hava Limanında aşkar olunmuşdu.
Bundan əlavə, Sind əyalətinin Səhiyyə şöbəsindən verilən məlumata görə, Kəraçi Cinna Beynəlxalq Hava Limanında da şübhəli şəxs yaxalanıb.

KARUSEL / DÜNYA
Tarix: 1-09-2024, 15:40