mobil versiya

Kamçatkada helikopter qəzasında ölənlərin hamısının cəsədi tapılıb



Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri yekunlaşıb. Qəzada həlak olanların hamısının cəsədləri tapılaraq məhkəmə-tibb ekspertlərinə təhvil verilib.
Bu barədə məlumat regionun fövqəladə hallar idarəsi tərəfindən yayılıb. Xilasedicilərin hadisə yerini tərk etdiyi bildirilir.
Sentyabrın 3-ü Kamçatkada matəm günü elan edilib. Artıq həlak olanların yaxınları yarımadaya gəlməyə başlayıb.
Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri avqustun 31-də Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub. Qəzanın pis hava şəraitində pilot səhvi ucbatından baş verdiyi ehtimal edilir.

KARUSEL / DÜNYA
Tarix: 2-09-2024, 09:52