mobil versiya

Lamiyə Vəliyeva Paralimpiya çempionu olub



Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.


T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.
Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

KARUSEL / İDMAN
Tarix: 3-09-2024, 22:21