mobil versiya

Birinci vitse-prezident paraatlet Səid Nəcəfzadəni Paralimpiya çempionu olması münasibətilə təbrik edib





Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.


KARUSEL / İDMAN
Tarix: 2-09-2024, 15:08