mobil versiya

İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb


Son dövrlər ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.

Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.
Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin 2024-cü il 9 sentyabr tarixindən etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.

Tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçıları
İstehsalçı şirkətSınaq nəticələri uyğunsuz olan nümunə sayı
1İlaçsan Medical Sanayi Ve Dış Ticaret Limited Şirketi, Türkiyə Cümhuriyyəti16
2Aspar İlaç Kozmetik Gıda Sanayi A.Ş., Türkiyə Cümhuriyyəti15
3Unirex Healthcare Sağlık San. ve Dış.Tic. Ltd. Şti., Türkiyə Cümhuriyyəti11
4Pharmanor İlaç San. Tic. Ltd. Şti, Türkiyə Cümhuriyyəti11
5ENSA MNS Gida Takviyeleri Üretim ve Araştırma Merkezi, Türkiyə Cümhuriyyəti9
Tərkibində qadağan olunmuş inqrediyent aşkarlanması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçısı
İstehsalçı şirkətSınaq nəticələri uyğunsuz olan nümunə sayı
1"Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. Ve Tic. Ltd. Şti", Türkiyə Cümhuriyyəti1


KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-09-2024, 17:11