mobil versiya

İndoneziya Prezidenti ölkənin yeni paytaxtına köçür



İndoneziya Prezidenti Coko Vidodo sentyabrın 10-da ölkənin yeni paytaxtı Nusantaraya köçəcək.

“Jakarta Globe” xəbər verir ki, Coko Vidodo sentyabrın 10-da Nusantaradakı iqamətgahında işə başlayacaq və prezidentlik müddəti bitənə qədər oradakı Qaruda sarayında çalışacaq.
Prezident İndoneziyanın paytaxtını Cakartadan Kalimantan adasına köçürmək ideyasını 2019-cu ildə irəli sürüb. Yeni paytaxtın 2024-cü ilədək hazır olması planlaşdırılırdı. Bunun üçün təxminən 32 milyard dollar ayrılıb, lakin pandemiya səbəbindən layihə bir müddət dayandırıldı.
İndoneziyanın yeni seçilən prezidenti Prabovo Subianto da Nusantaranı tamamlamağa çalışacağını və ora köçməyə hazır olduğunu deyib.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 9-09-2024, 10:55