mobil versiya

Xüsusi təyinatlılarımız "Sonsuz qardaşlıq - III" təlimində iştirak edir



"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.



KARUSEL / CƏMİYYƏT
Tarix: 9-09-2024, 16:11