Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Təngivan və Qurunba kəndlərində yerləşən iki emal sexində müvafiq normativ sənədlər olmadan müxtəlif cinsli iri ağac gövdələrinin emal olunması üçün dəzgahların qoyulduğu aşkar edilib.
Bu barədə DİN mətbuat xodmətindən məlumat verilib.
Aşkarlanan hallarla bağlı həmin emal sexlərinin sahibləri barəsində protokol tərtib olunub və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-09-2024, 10:46