mobil versiya

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək



14-15 sentyabrda ağırlıqqaldırma üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.


Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, turnir Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil ediləcək.
Gənclər və İdman Nazirliyi ilə AAF-nin birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.





KARUSEL / İDMAN
Tarix: 11-09-2024, 12:46