Əhalinin avtomobil yanacağına xərcləri bu il artıb
Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 122 mln. manat xərclənib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 7,5% üstələyib.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 mln. manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-09-2024, 12:51