mobil versiya

“İnter”də yeni müqavilə



İtaliyanın “İnter” komandası Albaniya millisinin üzvü Kristian Aslani ilə müqavilə müddətini artırıb.

Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi daha 4 il Milan təmsilçisinin şərəfini qoruyacaq.
Aslani “İnter”ə 2022-ci ildə “Empoli”dən transfer olunub.

KARUSEL / İDMAN
Tarix: 17-09-2024, 09:22