Müdafiə Nazirliyində bu xidmət ləğv edilib
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Nazirlikdən Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Polkovnik Eyvazov bu təyinata kimi, nazirliyin Mətbuat xidmətinin rəisi idi.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-09-2024, 17:02