mobil versiya

İƏT BMT-nin İsrailin işğalına son qoyulmasını tələb edən tarixi qətnaməsini alqışlayır



İslam Əməkdaşlıq Təşkilatı (İƏT) BMT Baş Assambleyasının İsrail işğalının qeyri-qanuniliyi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) məsləhətçi rəyini təsdiq edən tarixi qətnamənin qəbulunu alqışlayıb. Qətnamə İsraili mövcudluğuna son qoymağa və Fələstin ərazilərindəki qeyri-qanuni müstəmləkə məskənlərini maksimum 12 ay ərzində dağıtmağa çağırır.

İƏT bu qətnaməni Fələstin işinin ədaləti ilə bağlı beynəlxalq konsensusun və Fələstin xalqının qanuni hüquqlarına, o cümlədən öz müqəddəratını təyinetmə hüququ və 1967-ci ildə paytaxtı Şərqi Qüdslə sərhədləri daxilində müstəqil, suveren bir dövlət qurma hüququnun sarsılmaz dəstəyinin əks olunması hesab edib.
İƏT bütün dövlətləri öz öhdəliklərini yerinə yetirməyə və İsrailin beynəlxalq hüquq və müvafiq beynəlxalq qətnamələr, o cümlədən BƏM-nin məsləhətçi rəyi ilə bağlı öhdəliklərinə əməl etməsini təmin etmək üçün fərdi və kollektiv tədbirlər görməyə çağırıb. Təşkilat həmçinin ədalətə, Fələstin xalqının beynəlxalq müdafiəsinə, İsrailin işğalı və müstəmləkə məskənlərinə son qoyulmasına istəyib.
İƏT Fələstin məsələsinin xüsusilə BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı gündəmində və siyasi səylərində prioritet olaraq qaldığını bir daha vurğulayıb. Təşkilat bölgədə ədalətli, davamlı və hərtərəfli sülhə nail olmaq üçün daha geniş qlobal səylərin bir hissəsi olaraq Fələstin və iki dövlət həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsi üçün beynəlxalq konfransın çağırılması çağırışlarını dəstəklədiyini bildirib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 20-09-2024, 11:08