mobil versiya

Təkrar sertifikasiyadan nə qədər müəllim keçib?



Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3 393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.
Təkrar sertifikatlaşdırmadan keçən 3 252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.
Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:58