mobil versiya

Bu ölkələrdən heyvandarlıq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Evora dairəsində, İsveç Krallığının Skane əyalətində, Norveç Krallığının Roqaland, İsveçrə Konfederasiyasının Arqau, Tiçino kantonlarında, Danimarka Krallığının Şimali Yutlandiya, Zelandiya, Fransa Respublikasının Pei de la Luar, Mərkəz-Luara vadilərində, Normandiya, Burqundiya–Franş-Konte, İl-de-Frans regionlarında, İtaliya Respublikasının Pyemont, Siciliya, Lombardiya, Kalabriya, Emiliya-Romanya, Liquriya, İngiltərənin Şərqi Midland, Cənub-Şərqi İngiltərə, Cənub-Qərbi İngiltərə regionlarında blutanq, Fransa Respublikasının Mərkəz-Luara vadisi regionunda isə epizootik homorraji xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Evora dairəsində, Skane əyalətində, Roqaland, Arqau, Tiçino kantonlarında, Şimali Yutlandiya, Zelandiya, Pei de la Luar, Mərkəz-Luara vadilərində, Normandiya, Burqundiya–Franş-Konte, İl-de-Frans, Pyemont, Siciliya, Lombardiya, Kalabriya, Emiliya-Romanya, Liquriya, Şərqi Midland, Cənub-Şərqi İngiltərə, Cənub-Qərbi İngiltərə regionlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Mərkəz-Luara vadisi regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


KARUSEL / CƏMİYYƏT
Tarix: 25-09-2024, 11:35