mobil versiya

Nazir müavini Türkiyə və Qətər şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb


Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyənin "Makine ve Kimya Endüstrisi" və Qətərin "Barzan Holdings" şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.Qonaqlar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "ADEX" və "Securex Caspian" sərgilərini peşəkarlıqla təşkil etdiyini, bu tədbirlərin dünyada müdafiə sənayesi sahəsində mühüm hadisə olduğunu bildiriblər.
Sonra H.Əzimov hər iki şirkətin istehsal etdiyi məhsullarla tanış olub, ona yeni silahlar haqqında ətraflı məlumatlar verilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 26-09-2024, 14:55