mobil versiya

Bolqarıstan klubu Balotelli ilə danışıqlar aparır



Bolqarıstanın ÇSKA (Sofiya) klubunun Mario Balotelli ilə danışıqlar apardığı barədə məlumat yayılıb.

DAZN xəbər verir ki, 34 yaşlı futbolçunun özü gələcəyi ilə bağlı mövzuya münasibət bildirib:
“Arzum İtaliyaya qayıdıb A Seriyasında oynamaqdır. Bəli, xarici klublardan təkliflər alıram, amma İtaliyaya qayıtmaq istədiyim üçün hələ heç nə məlum deyil. Hər şey yaxın günlərdə həll olunacaq”.
Balotelli 2023/24 mövsümünün sonunda Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb. İtaliyalı hücumçu həmin vaxtdan azad agent statusundadır.

KARUSEL / İDMAN
Tarix: 26-09-2024, 16:39