mobil versiya

Bu yolda təmir işləri aparılır, sürücülərin nəzərinə




30 sentyabr saat 06:00-dan etibarən  Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazinin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (YOL BAĞLANMIR) 


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 


KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-09-2024, 17:59