Nazir Rəşad Nəbiyev Taliban rəsmisilə görüşüb
Azərbaycan və Əfqanıstan arasında "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq".
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-10-2024, 11:54