mobil versiya

Azərbaycan və Çin uçuş şəbəkəsinin genişləndirilməsini müzakirə edib



Azərbaycan və Çin arasında uçuş şəbəkəsinin genişləndirilməsi imkanları müzakirə olunub.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinə səfər çərçivəsində nəqliyyat naziri Li Siopenlə görüşdük. İki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələlərindən danışdıq. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd etdik.
Dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarını müzakirə etdik. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-09-2023, 13:16