mobil versiya

AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib



Asiya İnkişaf Bankı (AİB) Sunniya Durrani-Camalı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib.

Reportyor.az
xəbər verir ki, bu barədə AİB məlumat yayıb.

O, bu gün Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, AİB-in Kamboca üzrə ölkə direktoru, bankın Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçı kimi müxtəlif vəzifələrdə çalışıb.

Xanım Durrani-Camal Böyük Britaniyanın Sussex Universitetindən iqtisadiyyat (İnsan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti)  üzrə magistr dərəcəsinə malikdir. O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Candice McDeiganı əvəz edir.

Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-10-2024, 09:25