MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri Bakıda görüşüb
Bu gün Rusiyanın Bakıdakı səfirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin görüşü keçirilib.
Bu barədə Rusiyanın Bakıdakı diplomatik missiyasının mətbuat xidməti xəbər verir.
Tədbirdə Rusiyanın səfiri Mixail Yevdokimov, Belarus səfiri Andrey Ravkov, Qazaxıstan səfiri Alim Bayel, Qırğızıstan səfiri Maksat Mamıtkanov, Tacikistan səfiri İlhom Abdurahmon, Türkmənistan səfiri Qurbanməmmet Elyasov və Özbəkistan səfiri Bahrom Aşrafxanov iştirak ediblər.
"Görüşdə MDB formatında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib", - diplomatik missiyadan vurğulayıb.(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-10-2024, 18:04