mobil versiya

DİN vətəndaşları diqqətli olmağa çağırır



"79 yaşlı qadına zəng ediblər ki, bacın ağır qəza keçirib, təcili pul lazımdır. “Təki bacım sağalsın, gəlin pulu götürün”, - deyə cavab verən qadın onları ünvana dəvət etməklə qapıda 20000 manatı naməlum şəxsə verib. Və məlum olub ki, aldadılıb. Vaxt itirmədən 102-yə məlumat verilib".

Bu, DİN mətbuat xidmətinin yaydığı məlumatda öz əksini tapıb.
Bildirilir ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə — Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 8-10-2024, 11:41