mobil versiya

Bank kartlarından oğurluq edənlər saxlanılıb



Bakı, Abşeron və Gəncədə bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

DİN mətbuat xidməti məlumat verir ki, avqustun 30-da Masazır qəsəbəsi ərazisində bir nəfərin bank kartından 490 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.   

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından 55 manatını oğurlamaqda şübhəli bilinən 21 yaşlı C.Abbasov, Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 12-də şəhər ərazisində bir nəfərin bank kartından 91 manatını oğurlamaqda şübhəli bilinən 18 yaşlı A.Bəbirov və 22 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Həmçinin, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 16-09-2024, 11:06