Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidməti məlumat yayıb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşitli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / ÖLKƏ
Tarix: 8-10-2024, 13:44