25 kiloqramdan artıq narkotik vasitənin İrandan ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqustun 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 7-08-2024, 13:32