mobil versiya

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb



Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

Reportyor.az
xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Ondan 1 kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: Dünən, 10:34