“Bu gün hesabı həll etdik" - Netanyahu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyündən danışdı
İsrailin baş naziri Benyamin Netanyahu bu gün bildirib ki, HƏMAS lideri Yəhya Sinvarın ölümünün Yaxın Şərqdə sülhün bərqərar olması şansı olduğunu, lakin Qəzzada müharibənin bitmədiyini və İsrailin girovlar qaytarılana qədər davam edəcəyini xəbərdar edib.
“Bu gün hesabı həll etdik. Bu gün pisliyə zərbə vuruldu, lakin bizim vəzifəmiz hələ də tamamlanmayıb”, - deyə Netanyahu qeyd edib. “Əziz girov ailələrinə deyirəm: bu, müharibədə mühüm məqamdır. Bütün sevdikləriniz, əzizlərimiz evə gələnə qədər biz tam gücümüzlə davam edəcəyik”.
Reportyor.az xəbər verir ki, İsrail ordusunun komandanı Herzi Halevi əsgərlərin Həmas lideri Yəhya Sinvarı öldürməsini alqışlayaraq, girovlar azad edilənə və 7 oktyabr hücumunda iştirak edən "bütün" yaraqlılar əsir götürülənə qədər döyüşləri davam etdirəcəklərini vəd edib.
General-leytenant Halevi Qəzzada HƏMAS liderinin öldürüldüyü ərazini ziyarət etdikdən sonra verdiyi açıqlamada, "Bir il əvvəl o çox çətin günün məsuliyyətini daşıyan Sinvarla hesabı həll edirik" dedi. 7 oktyabr qətliamında iştirak edən bütün terrorçuları ələ keçirir və bütün girovları evlərinə gətiririk”.
KARUSEL / DÜNYA
Tarix: 17-10-2024, 20:03