Netanyahu girovları geri qaytaracağına söz verib
Baş nazir Benyamin Netanyahu Qəzzada hələ də Fələstin yaraqlıları tərəfindən saxlanılan bütün girovları geri qaytaracağına söz verib.
Reportyor.az xəbər verir ki, Netanyahu bunu İsrail HƏMAS-ın 7 oktyabr hücumunun birinci ildönümünü qeyd edərkən deyib.
“Bu gün, bu yerdə və ölkəmizin bir çox yerində şəhidlərimizi, qaytarmalı olduğumuz girovlarımızı, vətənin və millətin müdafiəsində şəhid olan qəhrəmanlarımızı yad edirik. Biz bir il əvvəl dəhşətli bir qırğın yaşadıq”, – Netanyahu açıqlamasında bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 7-10-2024, 14:15