“Cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalıdır" - AMB sədri
Yaşıl iqtisadiyyatın inkişafı üçün ən mühüm şərtlərdən biri yaşıl maliyyənin mövcudluğudur.
Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə bir sıra işlər görülməlidir.
“Cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalı, maraqlı tərəflər arasında dialoq qurulmalı və yaşıl maliyyənin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır. Qeyd etdiyim tədbirlər Mərkəzi Bankın strateji gündəliyinin nüvəsini təşkil edir. Əlavə olaraq, Mərkəzi Bank tərəfindən yaşıl maliyyə üzrə tənzimləyici çərçivə də təkmilləşdirilir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir”, - deyə AMB sədri əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-10-2024, 11:07