Səfirlikdə BƏƏ-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüş keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi BƏƏ-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Paşazadəni qəbul edib.
Səfirlikdən Reportyor.az saytına bildirilir ki, görüşdə səfir Paşazadəni yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun Rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Cavanşir Paşazadə həm Azərbaycan, həm də Əmirlik xalqlarının birliyini, iki ölkənin parlament üzvlərinin növbəti 5 il ərzində yeni layihələrin hazırlanması istiqamətində səylərini vurğulayıb.
Cavanşir Paşazadə hər iki ölkə liderlərinin dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirərək və dövlət başçılarının rəsmi səfərlərini buna sübut kimi qeyd edib.
Səfir, həmçinin qeyd edib ki, COP 29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi böyük hadisədir və şübhəsiz ki, Azərbaycan bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəkdir.
Sonda səfir növbəti il üçün hər iki ölkənin parlamentlərinə yeni layihələrin təklif olunmasını nəzərdən keçirəcəyini və bu işə şəxsən töhfə verəcəyini qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2024, 13:18