mobil versiya

Yeni Zelandiya hava limanında qucaqlaşma ilə vidalaşma müddəti 3 dəqiqəyə qədər azalır




Yeni Zelandiyadakı Dunedin hava limanı tıxacları azaltmaq və təhlükəsizliyi artırmaq məqsədi ilə eniş zonasında qucaqlaşmalara üç dəqiqəlik məhdudiyyət qoyub.

Reportyor.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

“Maksimum qucaqlaşma müddəti 3 dəqiqə. Xoşbəxtliklə vidalaşmaq üçün lütfən avtomobil dayanacağından istifadə edin”, - deyə hava limanındakı lövhədə yazılıb.

Mediaya bildirilib ki, tədbir ərazinin rəvan axmasını təmin etmək üçün nəzərdə tutulub, çünki uzun vidalaşmalar gecikmələrə səbəb olur.


KARUSEL / DÜNYA
Tarix: Dünən, 17:16