AYNA yollarda elektron tərəzilərin quraşdırılması işləri davam etdirir
Avtomobil yollarının qorunması üçün elektron tərəzilərin quraşdırılması işləri davam etdirilir.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA məlumat yayıb.
Bildirilir ki, məqsəd yol infrastrukturunu qorumaq və təhlükəsizliyi təmin etməkdir.
Quraşdırılmış tərəzilər:
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda – 3 yerdə
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda – 1 yerdə
Quraşdırılması planlaşdırılan tərəzilər:
Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi yolunda – 1 yerdə
“Zəfər Yolu”nda – 1 yerdə
Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması nəzərdə tutulur.
Vətəndaşlardan qanunvericilikdə müəyyən edilmiş çəki və qabarit tələblərinə riayət etmələri xahiş olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-10-2024, 14:34