mobil versiya

Cari ildə 4 yerüstü piyada keçidi inşa edilib



Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA bu barədə məlumat yayıb.
Bu tədbirlər çərçivəsində paytaxt Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə cari il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb və bu istiqamətdə işlər davam etdirilir.
Bakı şəhəri üzrə:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü kilometrində (“Bravo” marketin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi davam edir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
M-2 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 35,6-cı kilometrində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci kilometrində, Sabirabad rayonu ərazisində yerləşən piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində Ağcabədi rayonu ərazisində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-08-2024, 12:07