mobil versiya

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edilir


Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də tikilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri aparılıb. 
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının quraşdırılması, keçidin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-06-2024, 14:38