mobil versiya

Bu yolda iki yerüstü piyada keçidinin tikintisi aparılır



M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqaməti üzrə (Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisi aparılır.   

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi -AAYDA məlumat yayıb.

Layihə üzrə keçidlərin uzunluqları 30 metr, hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.

Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb. 


İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçidlərdə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-06-2024, 15:34