Aİ Almaniya-İran edamından sonra tədbirləri nəzərdən keçirir
Avropa İttifaqı 69 yaşlı alman əsilli iranlı Cəmşid Şarməhdin İranda edam edilməsini pisləyir və buna cavab olaraq tədbirlər görməyi nəzərdən keçirəcək.
Reportyor.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell deyib.
"Biz onun öldürülməsini ən sərt şəkildə qınayırıq. Aİ hər zaman və bütün şəraitdə ölüm hökmünün qəti əleyhinədir. Bu, yaşamaq hüququnun pozulması və insan ləyaqətinin son dərəcə inkarıdır. Aİ cavab tədbirləri nəzərdən keçirir."
KARUSEL / DÜNYA
Tarix: 29-10-2024, 13:27