İngiltərənin şimal-qərbindəki nüvə sualtı qayığında yanğın baş verib
Böyük Britaniyanın yeni nəsil nüvə sualtı qayıqlarını inşa edən BAE Systemsin İngiltərənin şimal-qərbindəki Barrow-in-Furness şəhərindəki gəmiqayırma zavodunda yanğın davam edir, lakin polis hadisənin nüvə riskinin olmadığını bildirib.
Reportyor.az xəbər verir ki, Böyük Britaniyanın Cumbria polisi verdiyi açıqlamada, tüstüdən zəhərlənmə şübhəsi ilə iki nəfərin xəstəxanaya aparıldığını və başqa itkilərin olmadığını bdeyib.
Polis, hər kəsin Devonshire Dock Hall obyektindən təxliyə edildiyini və hesaba alındığını söylyib.
Barrow-in-Furness, Cumbria, Royal Navy-nin Astute və Dreadnought sualtı qayıqlarını istehsal edir.
Polisin məlumatına görə, insident yerli vaxtla saat 12:44-də qeydə alınıb.
Polis yaxınlıqdakı sakinlərə evdə qalmağı tövsiyə edib.
KARUSEL / DÜNYA
Tarix: 30-10-2024, 09:29