mobil versiya

Səyyad Aran: 1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır



Azərbaycanda həkimlərin əməkhaqqısı az olduğundan xaricə üz tuturlar, nəticədə kadr çatışmazlığı yaranır.

Bunu Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, 1 200-1 300 manat məvacib həkimin ehtiyaclarını qarşılamır: “Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Yaxud müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır”.
Spiker Sahibə Qafarova isə deputat narazılığına cavab olaraq vurğulayıb: “Həkim çatışmazlığını nəyə əsaslanaraq deyirsiniz? Azərbaycanda həkim çatışmazlığı varsa, bununla bağlı rəsmi məlumat verin. Bugünkü iclasda deputat Aqil Abbas və siz ölkədə həkim çatışmazlığı olduğunu iddia etdiniz. Bununla bağlı statistika təqdim edin!”. (report)

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-11-2024, 12:04